SİZİN REKLAM BURADA!
055 213 76 73



Millət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, deputat bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər:

“Sürücü siqaret çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

BAKU.WS