SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Abşeronda yerləşən bütün sürüşmə sahələrində müşahidələr aparılıb".

BAKU.WS
xəbər verir ki, bunu report-a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, aparılan monitorinqlərin nəticələrinə görə, Abşeron yarımadasında yerləşən sürüşmə zonalarında hazırda ciddi bir gərginlik müşahidə olunmayıb:

"Təbii ki güclü, leysan xarekterli yağışdan sonra xırda uçqunlar olur, amma bu uçqunlar sürüşmə deyil. Ola bilsin divarın bünövrəsi yaxşı olmayıb, güclü yağışlara tab gətirə bilməyib və uçub".

Ə.Qaralovun sözlərinə görə, sürüşmə zonalarında daimi olaraq müşahidələr aparılır.

BAKU.WS