VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Bu burulğan hadisəsidir. Əgər bu Xəzər dənizində qeydə alınıbsa, bu bizim ərazi üçün çox nadir olan hadisədir. Açığı biz hələlik dəqiq deyə bilmirik ki, bu Xəzər dənizində olub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiyə qədər bizim ərazidə belə hadisə olmayıb:

“Bu Xəzər dənizinin bizim ərazi üçün xarakterik olan məsələ deyil. Adətən belə burulğanlar dənizin axınları olanda və temperatur fərqləri yüksək olanda baş verir.

Bunun zəlzələyə dəxli yoxdur. Zəlzələ olanda sunami olur. Yüksək dalğalar yaranır və su kənara dağılır”, - deyə Əkbər Həsənov bildirib.

Ziya SƏCCAD
BAKU.WS