VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Böyük Millətlər Məclisinin sədri Binali Yıldırım Bakıda rəsmi səfərdədir.

BAKU.WS-in məlumatına görə, ötən gün axşam saatlarında Yıldırımın təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Havalimanına eniş edib. Baş naziri Bakıda qarşılayanlar arasında türk məktəbli Məhəmməd Taha da olub. Məktəbli Binali Yıldırıma sarılıb və duyğusal anlar yaşayıb.

Qeyd edək ki, Binali Yıldırım Bakıya Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təşkil edilə təntənəli iclasda iştirak üçün səfər edib. Mərasimə Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya-Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan və Oman parlament sədrləri qatılıb.

Mərasimdə Rusiya, İran, Macarıstan, Polşa, Serbiya, Çernoqoriya, Çexiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Vyetnamın baş nazir müavinləri də iştirak edib.

Şahin
BAKU.WS