SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Tramp Ağ Evdə FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, görüşdə 2026-cı ildə keçiriləcək Dünya Çempionatında ABŞ, Meksika və Kanadanın yarışmaya ev sahibliyi etməsi məsələsi müzakirə olunub.

Görüşdə ABŞ Futbol Federasiyasının prezidenti Karlos Kordeyro da iştirak edib.

Canni İnfantino D.Trampa sarı və qırmızı kartlarla dolu olan bir hakim kitabçası və FIFA-nın formasını hədiyyə edib.

Görüş zamanı Tramp qırmızı kartı çıxarıb və zarafatyana otaqda olan şəxslərə göstərib. Bununla da, ABŞ rəhbəri kənar şəxslərin otaqdan çıxmasına işarə edib.

Ziya SƏCCAD
BAKU.WS