SİZİN REKLAM BURADA!
055 213 76 73



"Kimi vəzifədən çıxarırlar, deyir elmlə məşğul oluram. Kiminki siyasətdə gətirmirsə, kim deputat seçilmirsə, deyir elmlə məşğul oluram".

Bu fikirlər ölkəmizin sayılıb-seçilən ziyalılarından biri olan Etibar Əliyevə məxsusdur. 

BAKU.WS
xəbər verir ki, fəlsəfə doktoru E.Əliyev bu ironik fikirlərini əsaslandırmaq üçün faktlar da açıqlayıb:

"Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsindən azad olunan Azad Cavadov deyib ki, hazırda elmi işlə məşğuldur.
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov vəzifədən gedəndən sonra dedi ki, elmlə məşğul olacaq. Elton Məmmədov deputat seçilməyəndən sonra dedi ki, elmə qayıdır.

Başqaları da bunu deyib. Biçarə elm bunların əlindən Məşədi İbadın hambalına bənzəyir.

Eldar Mahmudov danışmır, görəsən o da elmlə məşğuldurmu? Mahmudov İqtisad Universitetini (o vaxtkı narxozu) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Prinsipcə o da elmlə məşğul ola bilər… Səlim Müslümovun da səsi çıxmır. Allah bilir, bəlkə o da elmlə məşğuldur".

Zülfiyyə Qurbanova
BAKU.WS