055 213 76 73
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 əcnəbi saxlanılıb.
BAKU.WS DMX-ə istinadən xəbər verir ki, onlardan 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 62-nin barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
BAKU.WS