SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanda səfərdə olan dünyaca məşhur "poker kralı" Den Bilzeryan Azərbaycanın işğal altında olan torpaqlarına yollanıb.

BAKU.WS-in məlumatına görə, ABŞ-dan dünən Yerevana gələn milyonçu Den Bilzeryan Ermənistan Respublikasının sabiq prezidenti Robert Koçaryanın oğlu Levonla Qarabağa yola düşüb. 

Bilzeryanın məhz Qarabağa yollanmasını həmin ərazilərdə qumarxanaların yaradılması təşəbbüsü ilə əlaqələndirirlər. Ermənistan rəhbərliyi Qarabağın faktiki olaraq nəzarətsiz bölgə olduğunu yaxşı başa düşür. Ermənistan beynəlxalq arenada Azərbaycan ərazisi kimi qəbul edilən Qarabağda qanunsuz qumarxanalar açaraq ölkəyə turist cəlb etmək niyyətindədir. İqtisadi vəziyyətin acınacaqlı hal aldığı Ermənistanda yalnız qanunsuz fəaliyyət sahələrinə ümid qalıb.  

Porno ulduzlar və qumarbazlar ölkəsi kimi tanınan bir ölkədə yeni fahişələr və qumarbazlar yetişdirmək üçün hər cür şərait yaradılır.

Bu vəziyyət isə təbii ki, rəsmi Bakının kəskin reaksiyasına səbəb olacaq. Azərbaycanın Qarabağda baş verən proseslərlə bağlı ciddi addımlar atacağı gözlənilir. 

BAKU.WS