SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə çəkilmiş video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

BAKU.WS
xəbər verir ki, Türkiyənin Çankırı bölgəsində hərəkət edən avtomobilin arxasında 13 yaşlı qız uşağı bağlanıb. Qız avtomobilin arxasına bağlı halda hərəkət edib.

Bu görüntülər sonradan sosial şəbəkələrdə və dünya mətbuatında müzakirələrə səbəb olub. Video yayılandan sonra polis əməliyyat keçirib və həmin avtomobilin sürücüsü saxlanılıb.

Dindirilmə zamanı sürücü bildirib ki, maşının arxasına ipla bağladığı azyaşlı qız onun kiçik övladıdır. Kiçik qızı A.K. ilə birlikdə qardaşıgilə qonaq gedən İdris K. Evə qayıdarkən belə fikirə düşüb.

İdris K. Polisə verdiyi ifadədə bildirib ki, xoşuna gəldiyi üçün qızını avtomobilin arxasına bağlayıb.

Polis həmin şəxslə bağlı araşdırmalara başlayıb. Araşdırmalardan sonra məhkəmədə onun bu əməlinə hüquqi qiymət veriləcək.

Cavid Babayev
BAKU.WS