SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb.

BAKU.WS
report-a istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.

Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Hadisənin tərəflər arasında baş verən mübahisə nəticəsində baş verdiyi deyilir.

Qeyd olunur ki, gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.

Zülfiyyə Qurbanova
BAKU.WS