SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində 19 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü Nərmin Rauf qızı Əmirli yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının həyat yoldaşının bildirdiyinə görə, hadisə ehtiyyatsızlıqdan baş verib: "Həmin vaxt hamı evdə idi. Mən o biri otaqda idim, birdən digər otaqdan qışqırıq səsi eşitdim, dərhal otağa qaçdım gördüm ki, yoldaşım pəncərədən aşağı düşüb".

Onun sözlərinə görə, N.Əmirli şüşə silmək məqsədi ilə pəncərəyə çıxıb və müvazinətini itirərək yerə yıxılıb.

Qeyd edək ki, N.Əmirli 1 uşaq anasıdır.

Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

BAKU.WS