SİZİN REKLAM BURADA!
055 213 76 73



"Xəzər maqazin" verilişi xalq artisti Ofelya Sənaniyə baş çəkib. 

BAKU.WS xəbər verir ki, tənha yaşayan xalq artisti müsahibəsində mərhum həyat yoldaşı Valid Sənanindən danışıb. Diktor bildirib ki, vaxtı ikən sağlığında həyat yoldaşının səhhətinə problem yaranmışdı və o məcburən avtomobil idarə etməyi öyrənmişdi ki, onu həkimlərə apara bilsin.

Hazırda tənha yaşayan O. Sənaninin səhhətində də bir sıra problemlər yaranıb. Onun sözlərinə görə əziyyət çəkdiyi osteoxondroz xəstəliyinin müalicəsi yoxdur.

Xalq artisti tənhalığını hiss etməmək üçün isə ev heyvanlarına qulluq edir, onlara nəvaziş göstərir.  

Sözügedən süjeti verilişin 13:37-19:27 dəqiqələrində izləyə bilərsiniz. 

BAKU.WS