VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Abbas Bağırovu Qubada tanımayıblar.

BAKU.WS
xəbər verir ki, Günay Firudin qızının təqdim etdiyi "Ulduzlu yayım" proqramının çəkilişləri Qubada baş tutub.

Çəkiliş zamanı aparıcı rayon sakinində Abbas Bağırovu tanıyıb-tanımadığını soruşub. Sakinin cavabı çox maraqlı olub. O, müğənnini tanıdığını desə də, onun xəbər aparıcısı olduğunu deyib.

Tanınmadığını görən Abbas özünü sındırmayıb: "Əslində normal haldır. İnsanlar bütün günü çöldə-bayırdadırlar, televizora az baxırlar. Bir az da görünüşüm onları çaşdıra bilər. Kepkadayam, həm də eynək taxmışam. Amma lazım olarsa, xəbər aparıcısı da ola bilərəm".

Zülfiyyə Qurbanova
BAKU.WS