VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yenicə əməkdar artist adına layiq görülən aktyor Cavanşir Hadıyev qızı ilə bərabər fotokameramıza tuş gəlib. 

Daha çox mənfi obrazları ilə məşhurlaşan aktyor BAKU.WS-ə gözünün ağı-qarası olan qızı haqqında bunları deyib:

"1 qızım var. O hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissoru ixtisasının III kursunda təhsil alır. Mən onu heç vaxt bu sənətə gəlməyə məcbur etməmişəm, özü istəyib. Mən aktyoram, o isə rejissordur. Bəlkə, gələcəkdə mənim şəxsi rejissorum oldu".

BAKU.WS