SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir səs yazısı şou-biznesdə olay yaradıb. İldırım sürəti ilə yayılan səsyazma "Şadan"la "Şeron"un arasında gərginliyi daha da artırıb.

BAKU.WS xəbər verir ki, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədzadə baş verənlərə "ATV maqazin onlarla" verilişində münasibət bildirib.

İ. Məmmədzadə səs yazısını yayan Faiq adlı şəxsə və "Şeron"a bunları deyib:

"Mənim mənliyim, sənətim, gözəl boğazım, gitara ifam var. Mən bu günə qədər öz əziyyətimlə qalxmışam və öz əziyyətimlə də bu günə qədər toylara gedirəm. Deyirlər ki, mən kiminsə çörəyini yeyirəm. Mən Rüstəmə sözümü dedim. O isə dedi ki, mənlik deyil. Onun dediyinə görə o (Faiq - red.) onunla işləmir. Mənim işçim xəbərim olmadan heç nə edə bilməz, söz danışa bilməz. Bu dəfə sözümü onlara telefonla dedim. Bir də eşidəm ki, kimsə mənim, qrupumun adından artıq nə isə ağzına ala, başınıza oyun açaram. Başınız bədəninizə ağırlıq edər. Özünüzü yığışdırın!"

Qeyd edək ki, yayılan səs yazısında İntizar Məmmədzadənin "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallının adından istifadə edərək toylara getməsi yer alıb. 

Yaşanan qalmaqalı verilişin 58:24-1:02:33-cü dəqiqələrində izləyə bilərsiniz.

BAKU.WS