SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mən Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırovu səmimi olmağa çağırıram. Azərbaycanda alpinizmlə məşğul olmağa heç bir məhdudiyyət qoyulmayıb. Üç alpinistin həlak olmasından sonra alpinizmlə məşğul olmağa məhdudiyyətlərin olmamasından gileylənənlərdən biri Nahid Bağırov özü idi. Hazırda dağlara qalxmaq üçün Dövlət Sərhəd Xidmətinin icazəsi tələb olunur. Gəlin inanaq ki, Nahid Bağırovun cəhdləri sayəsində indi bu prosedur ləğv ediləcək və biz bu münasibətlə onu təbrik edəcəyik”.

BAKU.WS 
xəbər veri ki, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bunu virtualaz.org-a eksklüziv açıqlamasında deyib.

Xatırladaq ki, Azərbaycan Turizm Assosiasiyasının başçısı Nahid Bağırov bildirmişdi ki, Azərbaycanda indiyə qədər ekstremal dağ turizminin inkişaf etməməsində Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi günahkardır.

"Dünyanın heç yerində turizmin bu növü üçün icazə sənədləri tələb olunmur, yalnız Ekologiya Nazirliyinin əvvəlki rəhbərliyi belə nou-hau tətbiq etmişdi. İndi biz qurumun yeni rəhbərliyi ilə bu məsələni yoluna qoymaq üçün işləyirik. Avropada özümüzü reklam imkanlarından da istifadə etməyə başlayacağıq", - deyə N.Bağırov qeyd etmişdi.

BAKU.WS