SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın qardaşı yenidən danışıb.

BAKU.WS xəbər verir ki, “Kanal D” telekanalı yenidən Adnan Oktarın Hatayda yaşayan böyük qardaşı Kənan Oktardan müsahibə alıb. Əvvəlkindən fərqli olara Kənan Oktar telekanal əməkdaşını təhqir etməyib. Əksinə, o, jurnalistin bütün suallarını səbrlə dinləyib və mülayim açıqlamalar verib.

Kənan Oktar bildirib ki, qardaşını həbsxanada ziyarət edib: “Adnan Oktar böyük alim və İmam Mehdidir. O, gələcəklə bağlı bəzi müsajlar verdi. Həbsdən çıxandan sonra qaranlıq qalan bütün məsələlərə aydınlıq gətiriləcək”, - deyə Kənan Oktar bildirib.

Jurnalistin “siz də qızlarınızın Adnan Oktarın “kedicik”i olmasını istərdinizmi?” sualına belə cavab verib:

“Mən də çox istərdim ki, qızlarım Adnan Oktarın yanında yaşasınlar. Onun yanında qalmaq böyük fəxr və məsuliyyətdir. Bu hər qadına nəsib olan şərəf deyil. Kaş ki, qızlarım da Adnan Oktarla birgə yaşayardılar”.

Qeyd edək ki, bir müddət əvvəl “Kanal D” telekanalı Adnan Oktarın Hatayda yaşayan böyük qardaşı Kənan Oktarı taparaq onun baş verənlərlə bağlı münasibətini öyrənməyə çalışıb. Bu zaman K.Oktar jurnalistləri təhqir ebib: “Siz ilk dəfə görürsünüzmü? 1979-80-ci illərdən bəri olduqca şərəfli, vətənpərvər, Atatürkçü bir dəliqanlıdır. Hansı səhvini gördünüz ki, ona iftira atırsınız? Təşkilat adlı bir şeyi yoxdur qardaşımın. Jurnalist olaraq yerini bil, çirkin danışırsan. Çox ciddi iftira atırsınız. Elədiyiniz qorxulu haldır. Bir növ məhkəməsiz cəzalandırmağa bənzəyir. Bu mediya terrorudur. Yalan xəbərlər yayırsınız. Medianın əksəriyyəti məhəllədəki itlər kimi eyni adama hücum edir, utanmırsınız”.

Bu səbəbə görə də, Kənan Oktar “Kanal D” telekanalından və onun əməkdaşlarından üzr istəyib. Bununla bağlı reportajı təqdim edən kanal aparıcısı Buket Aydın Kənan Oktarı biabır edib. Aparıcı Kənan Oktarı belə tənqid edib:

“Bizdən üzr istəmisiniz. Bizdən üzr istəyənə qədər, danışıqlarınıza fikir verin. “Kaş qızlarım da “kedicik” olaydı” dediyinizə görə utanmalısız. Bizdən üzr istəməyə ehtiyac yox idi. Onsuz da sizin dediklərinizi ciddiyə almamışdıq. Məndən yaşca böyük olduğunuza görə, sizin cavabınızı layiq olduğunuzdan daha mədəni şəkildə verməyə çalışdım.

Cavid Babayev
BAKU.WS