SİZİN REKLAM BURADA!
055 213 76 73



Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

BAKU.WS xəbər verir ki, Virtualaz.org-a Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin verdiyi məlumata görə, onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb.

Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir.

BAKU.WS