VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərbaycanda müəllimlik peşəsinə gəlmək istəyən gənclərin sayı ilbəil artır".

BAKU.WS-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub: "İmtahanlarda iştirak edənlərin sayı isə 46 mindən çoxdur. Bu sahədə qəbul edilən normativ hüquqi aktlar, prosesin şəffaf keçirilməsi nəticəsində insanların bu sahəyə marağı və inamı artıb".

Nazir qeyd edib ki, hər il təhsil sistemində orta hesabla 3-5 % yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin, əminəm ki, öz savadlarına və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcək və yeni nailiyyətlərin təməlini qoyacaqlar".

BAKU.WS