SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Nazpəri Dostəliyeva "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzunu müdafiə edərək fəlsəfə doktoru olduğunu sübut edən sənədi "İnstagram" səhifəsində paylaşmışdı. İfaçının elmi dərəcəsi alması ictimaiyyətdə birmənalı qarşılanmadı. Bundan sonra Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev də Dostəliyevanın dediklərini yalan adlandırdıqdan sonra məsələ daha da böyüdü.  

BAKU.WS
xəbər verir ki, müğənni İnstaqram səhifəsində paylaşım edərək söz-söhbətə cavab verib:

“Mənim aşıq sənəti ilə bağlı elmi iş (fəlsəfə doktorluğu) müdafiə etməyimdən narahat olanlar və sevinənlər! Bildirmək istəyirəm ki, Şamaxının, həmçinin Şirvan elinin məşhur aşıqlarından olan aşıq Əhmədəlinin ailəsində dünyaya göz açmışam. Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarları qarşısında mənəvi borcumdur. Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam. Mövzu barədə yaxın günlərdə ilk dəfə açıqlayacağım faktlar, geniş müsahibəm olacaq”.

Zülfiyyə Qurbanova
BAKU.WS