SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniyadan deportasiya edilən 50-dən çox Azərbaycan vətəndaşı elə Bakı aeroportunda saxlanılıb.

BAKU.WS haqqin.az-a istinadən xəbər verir ki, bu barədə bu barədə Almaniyada yaşayan azərbaycanlı siyasi qaçqınların saytında məlumat verilib.

Məlumata görə, deportasiya edilən azərbaycanlılar Bamberq, Valdvassen, Uesburq, Kyurten və digər şəhərlərdə yaşayıblar.

Qeyd edək ki, Almaniya dövləti azərbaycanlı qaçqınların ölkədən kütləvi deportasiyasına başlayıb. Onların çoxu guya siyasi baxışlarına görə Azərbaycanda təqib olunduqlarını bildirərək Almaniyada qaçqın statusu almağa cəhd edənlərdir.

BAKU.WS