SİZİN REKLAM BURADA!
055 213 76 73



“Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Helnsikidəki qapalı görüşündə Ağ Ev sahibinə Donbassda referendum keçirməyi təklif edib. Bu təklif görüşdən sonra prezidentlərin mətbuat konfransında ona görə səsləndirilməyib ki, Putin Trampa təklifi rahat dəyərləndirmək üçün vaxt qazandırmaq istəyib”.

BAKU.WS
xəbər verir ki, bu fikirləri tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Putin bu təkliflə Trampı tələyə salmaq istəyib:

“Böyük ehtimalla Putin təklfini belə əsaslandırıb: “Demirsiz ki, hər yerdə demokratiya vacibdir, qoy Donbass sakinləri özləri müəyyənləşdirsinlər ki, Ukraynanın tərkibində qalmaq istəyirlər, yoxsa müstəqilliyə üstünük verirlər” .

Bundan sonra necə demək olar ki, Putin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldılmasını sürətləndirəcək. Donbass üçün Trampa “referendum” təklifini verən şəxs Dağlıq Qarabağ üçün niyə fərqli mövqedən çıxış etməlidir? Putin referendum fikrini səsləndirməklə Paşinyana yaxşı pas vermiş oldu. Ona görə, hətta başqa məkan üçün “separatçılar referendum keçirə bilərlər” fəlsəfəsindən çıxış edən istənilən yanaşma bizim üçün zərərlidir”.

BAKU.WS