SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS bu dəfə sənət aləmində kimin kiminlə qohum olduğunu araşdırıb.

Əməkdar artist Rəşad İlyasovun xalası xalq artisti Şəfiqə Eyvazova, dayısı isə ud ifaçısı Yasəf Eyvazovdur.

Mərhum əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva xalq artisti Aygün Kazımovanın uzaq qohumudur.
Gənc ifaçı Almaxanım Əhmədli müğənni İzzət Bağırovun bacısı qızıdır.

Səhnədə yenicə addımlayan Nuray əməkdar artist Könül Kərimovanın qardaşı qızıdır.

Müğənni Mirkamil Kamilov xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğlu, Ramal və Vüsal İsrafilovlar isə sənətkarın qardaşı oğullarıdır.

Müğənni, bəstəkar Cabbar Musayev xalq artisti Niyaməddin Musayevin qardaşı oğludur.

Əməkdar artist Mehriban Xanlarova SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızıdır.

Müğənni Əli Mirəliyevin həyat yoldaşı ilə mərhum xalq artisti İlhamə Quliyeva bibi-dayıuşağıdırlar.

Müğənni Rüfət Axundov mərhum xalq artisti Yaşar Nurinin bacısı oğludur.

Xalq artisti Brilliant Dadaşovanın əmisi Məlik Dadaşov, əmisi oğlu – xalq artisti Rafael Dadaşov, bacısı oğlu müğənni Cəmil Dadaşovdur. Rafael Dadaşov və Sədaqət Dadaşovanın evliliyindən olan qızları müğənni Səidə Dadaşova da Brilliant Dadaşova ilə qohumdur.

Qeyd edək ki, siyahıya məşhurların ailə üzvləri daxil edilməyiblər.

Hüseyn Məmmədsalahov
BAKU.WS