SİZİN REKLAM BURADA!
055 213 76 73



Avtomobilini texniki baxışdan keçirməyən sürücü radarlar vasitəsilə elektron qaydada cərimələnə biləcək. Bunun üçün qanuna təklif edilən dəyişiklik artıq Milli Məclisin sonuncu plenar iclasında qəbul edilib.

Bu həm də o deməkdir ki, əgər həmin avtomobil idarə edilmirsə, sürücü cərimlənməyəcək. Hazırda qüvvədə olan qanuna əsasən, avtomobillər tip və istehsal ölkələrinə görə ilin müxtəlif aylarında texniki baxışdan keçməli idilərsə,yol hərəkəti haqqında qanuna edilən dəyişikliklə artıq belə bir müddət bölgüsü olmayacaq.

Bundan əlavə, hazırda qüvvədə olan qanuna görə, texniki baxışdan keçməməyə görə fiziki, hüquqi və vəzifəli şəxs barəsində ayrı-ayrı cərimə məbləği təyin edilirdisə, yeniliyə əsasən, bu xətaya görə təkcə sürücü, o da 50 manat məbləğində cərimələcək. Bütün bu dəyişikliklər prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Onu da qeyd edək ki, xarici ölkədə istehsal edilən avtomobillər üçün texniki baxışın müddəti bu ayın sonu başa çatsa da, Baş Dövlət Yol Polis idarəsinin texniki müayinə mərkəzindən ''Xəzər Xəbər'' ə verilən məlumata görə, hələ ki bu avtomobillərin cəmi 15 % yoxlanışdan keçib.

BAKU.WS