SİZİN REKLAM BURADA!
055 213 76 73



Goranboy rayonunda qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər verilib.

Daxil olan məlumata əsasən, Goranboy rayonunun Qurbanzadə kəndində “Belarus” markalı traktor aşıb.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin birgə əməliyyatı nəticəsində sıxılmış vəziyyətdə qalmış sürücü nəqliyyat vasitəsindən çıxarılıb.

Aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatdı.

BAKU.WS