SİZİN REKLAM BURADA!
055 213 76 73



Xərçəng xəstəliyi ilə mübarizə aparan hüquqşünas və aparıcı Zülfiyyə Bayramova saçlarını keçəl qırxdırıb.

BAKU.WS xəbər verir ki, aparıcı kimyaterapiya müalicəsinə başlamazdan əvvəl uzun saçlarını qisa kəsdirmişdi.

Kimyaterapiya müalicəsində müşahidə olunan saç tökülməsini nəzərə alan aparıcı keçəl olmağa qərar verib. Həyat yoldaşı İlqar Mikayıloğlu, oğlu, qardaşı, qardaşı oğlu, dostu - aparıcı Asif Bağırov, bərbəri və bir neçə doğması da ona dəstək nümayiş etdirərək saçlarını qırxdırıb.

Zülfiyyə Bayramova düçar olduğu ağır xəstəliyə baxmayaraq çox xoşbəxt olduğunu deyib: "Mən xoşbəxtəm ki, ətrafımda bu cür insanlar var. Çox sağ olun əzizlərim. Hörmətli izləyicilər, yaxınlarınızın yanında olun. İnanın, ən gözəl müalicə onların yanında olmanızdı. Bu çarxa baxanda nə qədər xoşbəxt olduğumu deməyə söz tapmadım. Bir daha sağ olun!"

Xatırladaq ki, ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyinə düçar olduğunu öyrənib. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə bir kurs müalicə alıb. O, müalicəsini Bakıda davam etdirir.

Zülfiyyə Qurbanova
BAKU.WS