SİZİN REKLAM BURADA!
055 213 76 73



British Petroleum (BP) şirkətinin əməkdaşı çərşənbə axşamı günü Gəncədə baş vermiş ixtişaşlar zamanı saxlanıb.

BAKU.WS
BBC-yə istinadən xəbər verir ki, BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, onlarda bu haqda məlumat olsa da, saxlanma səbəbi haqqında məlumatsızdırlar.

"Bizdə olan məlumata görə, həmin vaxt bir işçimiz yaşadığı Gəncə otelinin qarşısında olub və polis tərəfindən saxlanıb."

Onun sözlərinə görə, şirkətin həmin otellə müqaviləsi var və həmin əməkdaş orada yaşadığına görə həmin ərazidə olub.

Tamam Bayatlı saxlanmış əməkdaşla əlaqə saxlamadıqlarını bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələnin araşdırılacağını deyib.

BAKU.WS