SİZİN REKLAM BURADA!
055 213 76 73



Pakistanın Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayış baş verib.

BAKU.WS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 128 nəfər ölüb.

İlkin məlumata əsasən, partlayış zamanı yeni təsis edilən “Balochistan Awami Party” partiyasının lideri Navabzada Siray Raysanı həlak olub.
Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.

BAKU.WS