SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış aparıcı Aytən Səfərovanın sosial şəbəkədə əxlaqsız qadınlar barəsində paylaşdığı fikirlər prodüser Tarix Əliyevi qəzəbləndirib.

BAKU.WS
xəbər verir ki, o, aparıcısı olduğu "Hər şey daxil" verilişində bu xoşagəlməz fikirlərin müğənnilərə ünvanlandığını qeyd edib.

Müğənnilər arasında əxlaqsız qadınların varlığını inkar etməyən Tolik, bəzi televiziya aparıcılarının da həyat tərzlərinin ideal olmadığını dilə gətirib:

"Aytən Səfərova müğənnilərə irad tutur ki, kiminsə kişilərini əllərindən alırlar. Abırsız, əxlaqsız həyat tərzi sürürlər. Yaxşı. müğənnilər pisdir, qoyduq kənara. Mənim Aytən xanıma bir sualım var; Ən bahalı maşınları televiziyada aparıcılıq edən xanımlar sürürlər. Aparıcının maaşı ayda 1000 manat ola bilər. Azərbaycanda ən çox toya gedən aparıcılar Nərgiz Cəlilova, Afaq Gəncəli, Kamilə Babayeva, Leyla Quliyevadır. Hərdən-birdən də Lamiyə Ələkbərovanı toylarda görürük. 5-6 aparıcıdan başqa toy aparan yoxdur. Qalanlarının efirdən başqa heç nələri yoxdur. Bəs bunların altındakı 100-150 minlik avtomobillər haradandır? Niyə öz aparıcılarınızdan danışmırısız?

Aytən, bir oturaq, özümüzə baxaq. Bəli, mənim də səhvlərim var. Bəlkə də çoxdur. Amma mən getdikcə səhvlərimi düzəldirəm. Məsəl var, gəlin düşdüyü ocağa oxşayar. Mən bu gün "Xəzər"dəyəmsə, buranın qanunlarına uymalıyam. 

Deyirsən ki, evli kişilər arvadlarını qoyub müğənnilərin yanına gedirlər. O kişinin ağlı hardadır ki, arvadını atıb müğənninin yanına gedir? Kül o kişinin başına ki, evdə namuslu arvadını qoyub, gedir müğənninin yanında bambılılıq edir. 

Xatırladaq ki, Aytən Səfərova sosial şəbəkədə yüngül həyat tərzi sürən qadınları tənqid edib: "Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir. Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "padxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz".

Zülfiyyə Qurbanova
BAKU.WS