SİZİN REKLAM BURADA!
055 213 76 73


FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda ələ keçib. 

BAKU.WS
Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, xüsusi təyyarə ilə İstanbula aparılıb.

İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. "Avro 2000" firmasının sahibi olan İ.Özdəmirin FETÖ-nün "Azərbaycan kassası" olaraq xidmət etdiyi bildirilib. 

Qeyd edək ki, Türkiyənin Milli İstihbarat (kəşfiyyat) Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində əməliyyatları davam etdirir. Silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə FETÖ nümayəndələri barəsində axtarış elan edilib.

BAKU.WS