SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

BAKU.WS