SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün - 13 iyul, cümə günü ilin ən müəmmalı və sirli günlərindən biridir.

BAKU.WS günün ulduz falını təqdim edir:

QOÇ
– Yeni işlərin başlanğıcı üçün yaxşı gündür. Himayədarlarınız sizi tək buraxmayacaq. Buna baxmayaraq, qərar qəbul edərkən ehtiyatlı olun. Günün ikinci yarısında bütün köhnə narazılıqları kənara qoyub dostlarla görüşə bilərsiz.

BUĞA - Bu gün sərfəli iş təklifləri ala bilərsiz, lakin ətraflı düşünmədən qərar verməyin. Ulduzlar həmçinin hələ iş yerini dəyişmək və ya yeni qazanc mənbələri axtarmaq məsləhət görmür.

ƏKİZLƏR – Münasibətlər diqqətli və ehtiyatlı olun. Heç bir vacib qərar qəbul etməyin. Bu gün qeybət və boş danışıqlardan uzaq olun. Kimsə yenidən sizə xoşagəlməz anlar yaşatmaq istəyir.

XƏRÇƏNG – Bu gün gözlənilməzliklər ola bilər. Ola bilsin, əlinizə sərfəli müqavilə bağlamaq imkanı düşdü. Ortamı, işinizi dəyişmək istəyi yarana bilər. Azacıq səbr edin, indi zamanı deyil.

ŞİR – Gün xoş sürprizlər vəd edir. Bu gün yalnız öz rifahınız üçün çalışmayacaqsız, ətrafdakı hər kəsə qayğı göstərəcəksiz. yaxşılıq etmək imkanı əldə edəcəklər. Yeni tanışlıqlarda yaxşı təəssürat yaratmaq asan olacaq. Sizin qabiliyyətiniz və gücünüz diqqətsiz qalmayacaq. İlk baxışdan sevgisi mümkündür.

QIZ – Sınanılmış müttəfiqlərinizin dəstəyinə arxalansanız əla nəticələr əldə edə bilərsiz. Bir çox Qızlar bundan əvvəl öhdəsindən gələ bilmədiyi işi uğurla başa vuracaq. Əldə etdiyiniz nəticələrlə kifayətlənməyin və qarşınıza daha yüksən məqsədlər qoyun. Haqsızlığa qarşı susmaq istəmirsiz, bunun mümkün olmadığını düşünsəniz belə, dünyanı gözəlləşdirməyə cəhd edirsiz.

TƏRƏZİ - Ehtiyatlı və diqqətli olun. Sonradan peşiman olacağınız düşünülməmiş addımlar ata bilərsiz. İşdə fikir ayrılığı istisna deyil. Ciddi münaqişələrin yaranmasını istəmirsizsə, təmkinli olun və iradları qəbul edin. Bu gün dostlarınızla görüşmək üşün daha əlverişlidir.

ƏQRƏB - Gün olduqca məhsuldar keçəcək. İşdə fikir ayrılığı istisna deyil. Təmkin və özünüidarə sizə münaqişələrdən yayınmağa, rəhbərliklə və həmkarlarla yaxşı münasibətləri saxlamağa kömək edəcək. Məişət problemlərini asanlıqla həll edəcəksiz. Eviniz üçün lazım olan əşyalar ala bilərsiz. Bu alış-veriş yaxınlarınızı sevindirəcəksiz.

OXATAN - Səyahət üçün əlverişli gündür. İstənilən səfər sevinc gətirəcək. Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Müsbət əhval-ruhiyyəni qorusanız məqsədlərinizə necə nail olacağınızı başa düşəcəksiniz. Axşam doyunca əylənə bilərsiz.

OĞLAQ - Özünü analiz və öz düşüncələrinizlə yüklənmək yaxın insanlarla mübahisəyə gətirib çıxara bilər. Ortamı, işinizi dəyişmək istəyi yarana bilər. Azacıq səbr edin, indi zamanı deyil. Gün idmanla və ya istənilən fiziki işlə məşğul olmaq üçün əlverişlidir.

DOLÇA - Yaradıcılıq, eksperimentlər üçün uğurlu gündür. Çoxdankı arzunuzun gerçəkləşməsi və gözlənilməz xoş xəbərlər ehtimalı var. Yaxın insanlarla ünsiyyətdə kəskin ifadələr işlətməyin, aranız pozula bilər.

BALIQLAR - Gün gərgin başlayacaq. Xırda itkilər mümkündür. Günün ikinci yarısı daha sakit keçəcək. Sizi məqsədli şəkildə özünüzdən çıxara bilərlər. Təmkinli olun. Bütün problemlərin həllində yalnız özünüzə güvənin.

BAKU.WS