SİZİN REKLAM BURADA!
055 213 76 73



Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
APA TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Kənan Ramiz oğlu idarə etdiyi 23 BL 732 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən Potu kənd sakini, 1997-ci il təvəllüdlü Həsən Soltan oğlu Abuzərovun idarə etdiyi motosikleti vurub. Nəticədə Həsən Abuzərov ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS