VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 34 yaşlı Tural Xasayev, tibb bacısı 42 yaşlı Yeganə Əliyeva və təcili yardım maşınındakı xəstənin qohumu, 52 yaşlı Sevda Məmmədova xəsarət alıblar.

Tural Xasayev - Təcili tibbi yardım maşınının sürücüsü: “Hamilə aparırdım, təcili doğuş idi. Tovuz xəstəxanasına aparırdıq. Gedəndə “07” çıxdı qabağıma. Serena ilə idim. Sonra geri qayıtdı. Dəydim “Mercedes”ə, çəkdim qırağa işıq stolbasına dəydim”.

BAKU.WS