VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və “Show-news” İnstaqram səhifəsinin rəhbəri İsa Şükürovu məhkəməyə verib.

BAKU.WS
axşam.az-a istinadən xəbər verir ki, buna səbəb səhifədə N.Səfərlinin dilindən “Ərim Xoşqədəmi yox, məni aldığı üçün indi belə edir” başlıqlı yazı yayımlanması olub.

N.Səfərli və İ.Şükürovun vəkili “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında bugün hazırlıq iclası keçirildiyini bildirib:

“Xoşqədəm Hidayətqızının Nazilə Səfərliyə və “Show-news” saytına qarşı qaldırdığı iddia üzrə Nizami rayon məhkəməsində hazırlıq iclası keçirilib. İclasda həm Xoşqədəm Hidayətqızının, həm də Nazilə Səfərlinin vəkili iştirak edib. Prosesə cavabdeh qismində saytın rəhbəri İsa Şükürov cəlb olunub. Çünki Nazilə Səfərli həmin sözü deməyib. Hətta Nazilə xanım İsa Şükürovu məhkəməyə verməyi düşünür”.

Vəkil bildirib ki, X.Hidayətqızı yüksək təzminat istəyir: “Qarşı tərəfin tələbi üzr istəmə, təkzib vermədir. Eyni zamanda yüz min manat təzminat istəyir”.

Qeyd edək ki, Xoşqədəmlə Nazilə arasındakı qalmaqal artıq bir neçə aydır davam edir. Səfərlinin qardaşının keçmiş arvadı Pərvanə "Səni axtarıram" verilişinə müraciət edərək, uşaqlarına baxmadıqlarını deyib. O, Nazilə və qayınanasının onu aldadaraq evdən çıxardığını, ərindən ayırdığını söyləyib. X.Hidayətqızının proqramda Pərvanəyə yardım etməsinə qarşı tərəf əsəbiləşib. Aparıcı və şairə dəfələrlə bir-birinin ünvanına sərt sözlər deyib.

BAKU.WS