SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, 4-cü məhəllə, ev 13/20, mənzil 20-də yaşayan 2017-ci il təvəllüdlü yerli sakin Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdırılıb. Ona I və II dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS