SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Kamil Qədirovun həbsxana hekayələrindən bəhs olunub.

Kamil Qədirov (cəzası 12 il) başına gələn hadisələrdən söz açıb:

“2004-cü ildən bələdiyyə sədri vəzifəsində çalışırdım. Su növbəli şəkildə verilirdi. Bu növbəni saxlamağı mənə tapşırmışdılar və mənə etimad göstərirdilər. Həmin növbəni qoruyurdum. Bir axşam evdə nəvələrimlə oturub kinoya baxırdım. Həmin gün suyu aparacaq şəxs mənə zəng elədi və dedi ki, suyu əmin oğlu kəsib, vermir. Sənana dedim ki, növbə onundur, ver aparsın, ya da yarıya böl. Narazılıq etdi. Durub bunlara getdim. Çatan kimi var-yoxumu söydü və məni vurdu.

“Lapatka”nı götürüb mənə zərbələr endirdi. Gördüm ki, mümkün deyil. Qorxutmaq üçün tüfəngimin içinə patron qoydum. Qorxmadı, üstümə gəlib yenə vurdu. Huşumu itirən zaman tüfəngdən atəş açıldı. Sənan yerə yıxıldı. Güllə bunun boğazından girib çıxıb. Özüm polisə zəng edib təslim oldum. Onunla münasibətimiz çox yaxşı olub. İndi də bizimkilərlə onun ailəsi normaldı. Neçə saat yalvardım ki, eləmə. Məni öldürürdü, ölməmək üçün öldürdüm. Başqa yolum yox idi. Yanıma nəvələrim, ailəm, qohumlarım gəlir. Nəvələrim soruşur ki, “baba, niyə evimizə gəlmirsən?” Onlar ata üzü də görmür. Ataları hərbçidir”.

BAKU.WS