SİZİN REKLAM BURADA!
055 213 76 73



Yardımlı rayonunda qonşular arasında düşən dava sonda qanlı insidentlə nəticələnib. APA TV-nin cənub bürosunun məlumatına görə, Hadisə rayonun Urakəran kəndində baş verib.

Qonşular arasındakı mübahisə zamanı həmin kənd sakini, 27 yaşlı Tural Təhməzov həmkəndliləri tərəfindən balta ilə vurulub. Balta yarası alan şəxs dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun xəsarətlərini baş, təpə və gicgah nahiyələrindən aldığı bildirilir. T.Təhməzovun vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar rayon polisi tərəfindən araşdırmalara başlanılıb.

BAKU.WS