SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Afaq Aslan həmkarı Damla barəsində tənqidi fikirlər səsləndirib.

BAKU.WS-in məlumatına görə, "Düz bazar" verilişinə qonaq olan A.Aslan Damlanın ünvanına bu sözləri deyib:

"Dəfələrlə mənə Damla haqda sual veriblər. Mənə maraqlı olmadığı üçün ona cavab verməmişəm. Mən özünə hörmət qoyan, kameraya oynamayan insan haqda çıxıb fikir bildirərəm. Mən bilirəm ki, sən o deyilsən. O, həyatda tamam başqa, kamera önündə isə başqadır. Çıxıb deyir ki, mənim uğurlarımın üzərində heç bir kişinin imzası yoxdur. Mənsumə adını onun üzərindən götürüb, Damla adını verən və sənətə gətirən Rəhman Əliyev olub. Sən onun proyekti və məşuqəsi olaraq gəlmisən bu sahəyə. Damla rol oynuyur. Bir insan ki, onu əlindən tutub sənətə gətirən, ilk addımlarında yanında olan, hətta səhnə adı olan Damla adını ona verən insanın əməyini və əziyyətini yerə vurub hər yerdə deyirsə mənim heç bir uğurumun altında kişi imzası yoxdur, mən əmək itirən bir insan haqqındə nə fikir söyləyə bilərəm?


Qeyd edək kii, rejissor Rəhman Əliyev əməkdar artist Tünzalə Ağayevanın keçmiş həyat yoldaşıdır.

BAKU.WS