VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS günün - 15 iyun tarixinin qoroskopunu təqdim edir:

QOÇ - Bu gün əvvəllər çözə bilmədiyiiz bir neçə problemi asanlıqla həll edəcəksiniz. Məsləhət və göstərişləriniz yaxın ətrafınızdakı insanların xoşuna gələcək. Yeni müttəfiq və tərəfdaş tapmaq şansı var. Günün yaratdığı imkanlardan yararlanmaq üçün səy göstərmək gərəkdir. Tənbəllik etməyin, işləri təxirə salmayın. İndi aktiv fəaliyyət zamanıdır. 

BUĞA - Əlverişli, işdə və şəxsi münasibətlərdə yeni perspektivlərlə imkanlar yaradan gündür. İctimai həyatda aktiv iştirak edin. Tədbirlərə qatılın, vaxtınızı maraqlı keçirin. Nüfuzlu insanlarla görüş və danışıqlarda xeyir var. Güzəştlərə getmək gərəkdir. Bir addım geri çəkilsəniz, nüfuzunuza zərbə dəyməz, münasibətlərdə sərinlik yaranmaz. Ailəlisinizsə, uşaqlarla dil tapın. Sərt və aqressiv olmayın.

ƏKİZLƏR - Uğurlu gün olmayacaq. Lakin günün ikinci yarısına yaxın əlverişli imkanlar yaranacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün şansdan yararlanın. Planları həyata keçirin və ya nüfuzlu insanı işinizlə maraqlandırın. Səhhətinizə fikir verin. Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, 

XƏRÇƏNG - Mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq. Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.

ŞİR - İşlə bağlı istənilən məsələlərin müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da, emosiyaların əsiri olmayın. Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür. Hüquqi məsələləri həll etmək olar. Axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək. idmanla çox məşğul olmaq məsləhət deyil. Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil.

QIZ - Ambisiyalarınızın bəzilərinin reallaşmasına imkan verən yaxşı gündür. Karyera müstəvisində irəliləmək imkanları var. Daha yüksək maaşa və yaxşı vəzifəyə layiq olduğunuza rəhbərliyi inandırın. Ya da gözləntilərinizə cavab verən yeni iş yeri tapa bilərsiniz. Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Maraqlı tanışlıqlar istisna deyil.

TƏRƏZİ - Təmaslarla əlaqələrdə sərtlik, dözülməzlik, tələbkarlıq hiss olunacaq. Sizdən işlərin dərhal yerinə yetirilməsini tələb edəcəklər. Planlar və niyyətlər dəyişə bilər. Axşam saatlarında tanımadığınız yerlərdə çox dolaşmayın. Evdə sizi sürpriz gözləyir. Yaxınlarınızla ünsiyyətdə həssas, qayğıkeş olun. Gecə saatlarında yola çıxmayın.

ƏQRƏB - Biznes və ya peşəkar fəaliyyət müstəvisində qərarlar qəbul etməyə tələsməyin. Sonradan çox ağır fəsadlara səbəb ola biləcək səhvlərə yol verə bilərsiniz. Yaxın gələcəklə bağlı planlara dəyişikliklər edin. Yaxınlarınızla dil tapmaq çətinləşir. Münaqişələr yaratmayın. Sərt və aqressiv davranmayın. Emosional fon stabilləşəndə sözlərinizə peşman ola bilərsiniz.

OXATAN - Şəxsi münasibətlərdə arzuolunmaz aşkarlıq və ya seçim məcburiyyəti yarana bilər. Tələsməyin, qəti addım atmazdan əvvəl nəticələr barədə düşünün. Aldığınız təkliflərlə bağlı illüziyalara qapılmayın. Həyatınızda reallaşan ideyalarda rasional məzmun arayın. Maliyyə və ya vaxt çatışmazlığından yarımçıq qalmış işi davam etdirmək imkanı, yaxud da o işə qayıtmaq ehtiyacı yarana bilər.

OĞLAQ - Peşəkar fəaliyyət baxımından əlverişli gündür. İlk baxışdan çox çətin, hətta həlli mümkünsüz təsir bağışlayan problemlərin çözülməsində uğurlar əldə edə bilərsiniz. Günün ikinci yarısında işgüzar və şəxsi münasibətləri bərpa etmək olar. Münaqişələrlə qarşıdurmaları unudaraq indiyədək yola getmədiyiniz insanlarla dil tapmaq olar. Yeni tanışlıqlar istisna deyil. Yeni gəlir mənbələri tapa bilərsiniz.

DOLÇA -  Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Günün ikinci yarısında səhhətinizlə bağlı problemlər yarana bilər. Axşam saatları sakit və xoş keçəcək.

BALIQLAR - Səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun. Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını dəyərləndirmək asan deyil.

BAKU.WS