VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakıda bir çox məktəblərdə “Son zəng” çalınır.

BAKU.WS
olaraq Yasamal rayonu ərazisindəki orta məktəblərdən birindən reportaj hazırladıq.

Həmin məktəb Cocuq Mərcanlı şəhidi Faiq Rzayev adına 150 saylı orta məktəbdir.

Məktəbin direktoru Sevda Əliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu il onların təhsil müəssisəsində bir buraxılış sinifi var. Həmin sinifdə 20 şagird abuturiyent olur. Yeni tədris ilində həmin məktəbdə 56 şagird birinci sinifdə təhsil alacaq.

BAKU.WS 150 saylı məktəbin “Son zəng” tədbirindən hazırladığı reportajı təqdim edir.

Qeyd edək ki, Azərbaycanda 2017/2018-ci dərs ili bu gün başa çatır. 2017/2018-ci tədris ilində IX sinfi 111 257, XI sinfi isə 83001 şagird bitirir. 2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.

Ziya SƏCCAD
BAKU.WS