SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış rejissor Kənan M.M onu görmək arzusunda olan 16 yaşlı fiziki qüsurlu yeniyetmənin evinə gedib.

BAKU.WS
xəbər verir ki, onun bu xeyirxah hərəkəti sosial şəbəkədə rəğbətlə qarşılanıb.

Kənan sözügedən ziyarətin görüntülərini tərəddüdlə paylaşdığını deyir: "Çox düşündüm, bu görüntüləri paylaşım ya yox? Həmişə olduğu kimi birmənalı qarşılanmaya bilər. Bir ay öncə bir xanım mənə yazdı ki, Əşrəf adında bir balamız var, fiziki qüsurludur. Ən böyük arzularından biri sizi görməkdir. Xalqın sevgisi önündə boynum qıldan incədi və bu gun Əşrəf balamızın 16 yaşı tamam olur. Bir insanın gülüşü dünyalardan xəzinələrdən daha bahalıdır, daha vacibdir və qəlbimin səsi məni Əşrəfə götürdü. Hisslərimi anlatmaqda acizəm.

Söhbət əsnasında bəlli oldu ki, sevimli müğənnimiz Mirkamil Kamilov qardaşımız tez-tez bu balamıza baş çəkir. Sevindim, duyğulandım və Əşrəfin görmək istədiyi insanlardan biri də hamımızın sevimlisi, hörmətli Xalq artistimiz Murad Dadaşovdur. İnanıram ki, bir gün Murad bəy də bu balamızı sevindirəcək. Bir-birinizi təhqir etməyin, bir-birinizi sevin! Həyat sevdikcə və paylaşdıqca daha gözəldir. Allah hamınızdan razı olsun".

Zülfiyyə Qurbanova
BAKU.WS