VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı icra başçısı Temur Abazov saxlanılıb.

BAKU.WS-in məlumatına görə, azərbaycanlı icra başçısının saxlanılmasının ilkin səbəbi olaraq sakinlərlə pis rəftar etməsi göstərilir.

Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov gürcü mətbuatının tez-tez gündəmindədir.

Gürcüstan KİV-I azərbaycanlı icra başçısını fərqli həyat tərzi sürən məmur kimi dəyərləndirib.

2017-ci ildə böyük səs faizi ilə icra başçısı seçilən Temur Abazov icra başçısı idmançı olması ilə də diqqət çəkir. O sosial şəbəkələrdə idman zalından fotolarını paylaşır.

Teymur Abbasov 1981-ci il dekabrın 2-də anadan olub.

2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib;

2003-cü ildə Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirib;

2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə MMC “JTI”-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olub;

2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olub;

2006–2007 ci illərdə „ANADOLU” Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olub;

2007–2011 ci illərdə MMC “Elita Bürc”də Marketinq Xidmətinin Meneceri kimi çalışıb;

2011–2015 ci illərdə MMC “Elita Bürc”də Marketinq Xidmətinin Rəhbəri kimi çalışıb;

2012-ci ildə MMC”Qlobal Kontrakt Konsaltinq”-in Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olub;

2013-cü ildə “Gürcü Arzusu” koalisiyasının Marneuli Seçki Qərargahının sədri olub;

2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olub;

2015–2017 ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayyətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri/Azərbaycan Respublikasında Polis Attaşesi;

Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir;

Ailəlidir, üç övladı var

BAKU.WS