SİZİN REKLAM BURADA!
055 213 76 73



Flora Kərimova ötən gün sosial şəbəkələrdə gənc xanımın metrostansiyasında çəkilən şəkillərinə münsaibət bildirib. 

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova metroda çəkilən fotoların "Qaynana2018" filmi ilə əlaqəli olduğunu bildirib:

"Dünən qeyri iş saatlarında metronun N.Narimanov adına stansiyasında "Qaynana 2018" filminin çəkilişləri baş tutub. Filmdə kütləvi səhnələrdə çəkilən gənc xanımın stansiyadan çəkilib sosial şəbəkələrdə paylaşılan fotosu mətbuat və sosial şəbəkədə tirajlandi və təəsüf ki məlumat təhrif olundu. Əslində isə narahatlığa heç bir əsas yoxdur. Hamımız sağ - salamat, yüksək təhlükəsizlik şəraitində uğurla çəkilişləri yekunlaşdırdıq. Bu arada Bakı Metropoliteninin bütün heyyətinə bizim üçün yaratdığı şərait, sevgi və qayğıya görə təşəkkür edirəm. Sizi sevirəm".

Abbas
BAKU.WS