SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Daxil İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsində yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati qaydada həbs olunan 3 nəfər sürücü - Xəyal Salmanov, Elçin Hümbətov və Ramal Şirinovla jurnalistlərin görüşü keçirilib.

Avtosfer.az xəbər verir ki, görüş zamanı həmin şəxslərlə yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov təbliğat xarakterli söhbətlər aparılıb, onları qanunun tələblərinə riayət etməyə çağırıb.

Həmin şəxslər öz əməllərindən peşman olduqlarını bildiriblər. Xüsusilə Elçin Hümbətov bildirib ki, YPX əməkdaşları onu saxlayan zaman avtomobilin şüşəsini bir az aşağı endirərək deyib ki, atası xəstə olduğu üçün dərman çatdırmalıdır və qayıdacaq. Lakin yol polisləri onu avtomobildən endirməyə çalışıblar. Sürücü də bundan əsəbləşərək patrul avtomobilinə ziyan vurub və hadisə yerindən qaçıb. Əməlindən peşman olduğunu deyən Elçin Hümbətov digər sürücüləri bu cür əməllərə yol verməməyə çağırıb və sonunun həbs olduğunu qeyd edib. Digər sürücülər də onlara verilən cəzalarla razılaşır və peşiman olduqlarını bildiriblər.

Qeyd edək ki, “Chevrolet Camaro” markalı 10 OZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozmuşduşdu. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Hümbətov Elçin Məcnun oğlu 30 gün həbs cəzası alıb, həmçinin bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

BAKU.WS