VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS günün - 12 iyun tarixinin qoroskopunu təqdim edir:

QOÇ - Gün gözlənilmədən həyatınıza gətirdiyi dönüş və yalanlarla yadda qalacaq. Ulduzlar riskli addımlar atmağı məsləhət görmür. Güvənmədiyini insanlarla iş görməyin. Qonaq dəvətlərini nəzakətlə rədd edin və ya başqa günə təxirə salın. Hisslərinizi, düşüncələrinizi və hərəkətlərinizi analiz edin. Çünki siz həyatın gözlənilməz dəyişikliyinə hazır olmalısız. Düşünülməmiş vədlər verməyin.

BUĞA - Bu gün qadın Buğalar üçün çox uğurludur. Onlara karyerada yüksəliş şansı yaranacaq. Qdınlardan fərqli olaraq kişi Buğaları çətinliklər gözləyir. Səfərləri və uzunmüddətli ezamiyyətləri təxirə salın. Bu, sizin xeyrinizə olacaq. Çünki səfər zamanı sağlamlığınızda problem yarana bilər.

ƏKİZLƏR - Gözəl gündür. İşgüzar danışıqlar, yaradıcı fikirlər uzun müddət öz töhfəsini verəcək. İstənilən işdə uğur qazanacaqsız. Günün müsbət enerjisi şəxsi həyatınıza da sirayət edəcək.

XƏRÇƏNG - Yaxşı gündür. Problemlərdən qorxmayın, öz enerjinizi düzgün hesablasanız bütün məsələlərdən çıxış yolu tapacaqsız. Havaların isti keçməsini nəzərə alıb, istirahət barədə düşünün. Enerjiniz azalıb, dincəlmək haqqınızdır.

ŞİR - Ulduzlar şübhəli tanışlıqlardan və işlərdən uzaq durmağı məsləhət görür. Sağlamlığıınızı riskə atmayın. Günün gərgiyi əsəblərinizi tarıma çəkə bilər. Bu səbəbdən hər xırda əskikliyi problemə çevirməyin. Başa düşün, hər şey sizin istədiyiniz kimi yürüyə bilməz. Boş yerə həyəcanlanmayın, sizi gözəl günlər gözləyir.

QIZ - Mühüm danışıqlar və müzakirələrdə diqqətli olun. Maraqlarınızı tam təmin etməyə çalışın, mənafelərinizi qoruyun. Planlar dəyişə bilər. Şərtləri nəzərə almaq, situasiyaya tabe olmaq, başqa fəaliyyət sahəsini seçmək məcburiyyəti yarana bilər. İntuisiyanıza etibar edin. İşlərinizi elə görün ki, kimsə müdaxilə cəhdlərində uğur əldə edə bilməsin.

TƏRƏZİ - Uzaqdan gələn xəbər güclü emosional rezonans yaradacaq. Müəyyən əlaqə, təmas və ya münasibətdəki rolunuza yenidən baxmalı olacaqsınız. Yaşam arealınızın gələcəyə ümidlərinizlə bağlı hissəsində qayda yaranın, yeni alınan informasiyadan bəhrələnin. Sizin üçün önəmli münasibətlərdə səmimi fon yaradın. Yaxınlarınızın qayğısına qalın.

ƏQRƏB - Gün ərzində bütün işlər ciddi səy, maneələrin dəf olunmasını, diqqətli davranışı tələb edəcək. İnformasiya azlığı, iş yoldaşlarınızın ətalət və astagəlliyi fəaliyyət ritmini aşağı salacaq. Lakin bir müddət sonra vəziyyəti dəyişəcək.

OXATAN - Səhər aktivlik nümayiş etdirin, dünəndən yarımçıq qalmış işi təxirə salmadan başa vurun. Özünüz barədə az danışın, başqalarını müzakirə etməyin. Xəbərlər və informasiya axınını süzgəcdən keçirin. Diqqətinizi işdən yayındıranların felinə uymayın. Günün ikinci yarısı bir çox işlərdə, xüsusilə də maliyyə və emosional müstəvidə uğur vəd edir. 

OĞLAQ - Təzadlı gündür. Sənədlərlə və ya qiymətli əşyalarla işləyərkən diqqətli olun. Səhv və ya maliyyə itkisi ehtimalı var. Əməl edə bilməyəcəyiniz düşünülməmiş vədlər verməyin.

DOLÇA - Gün yaradıcılıq imkanlarınızı üzə çıxaracaq kosmik enerji ilə zəngindir. Bu gün öz qabiliyyətinizi ətrafdakılara nümayiş etdirmək imkanı qazanacaqsız. Həm şəxsi, həm də iş həyatında sizə olan rəğbət artacaq. Bu gün həm xoş, həm də xoş olmayan gözlənilməz hadisələrlə yadda qalacaq.

BALIQLAR - Bu gün çox diqqətli olun. Əgər günün neqativlərinə təmkinlə cavab versəniz, gün yetərincə sakit keçə bilər. Bacarsanız işdəki köhnə problemləri həll edin. Günün ikinci yarısı gərginlik aşağı düşəcək və sizin bütün diqqətiniz evə və ailəyə yönələcək.

BAKU.WS