VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı "qanuni oğru" “Lotu Quli” toy məclisində görüntülənib. 

BAKU.WS-in məlumatına görə, Quli Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqeçuadzenin toyunda iştirak edib. 

Toy mərasimi "Esa Royal Park" əyləncə mərkəzində təşkil olunub. Toyda kriminal aləmin tanınmış üzvləri iştirak ediblər. "Lotu Quli" məclisdə rəqs edib və həmin anlar kameraya tuş gəlib. 

Qeyd edək ki, mərasimdə Roma Jiqan, Alfason ləqəbli Qoçi Alpaidze, Nukri, Kuşner, Çoban və s. kimi tanınmış avtoritetlər iştirak ediblər. Saytın yazdığına görə, “Lotu Quli” toy bitdikdən sonra dərhal Dubaya uçub.

BAKU.WS