VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda uşaq bağçasında biabırçı görüntülər yayılıb.

BAKU.WS
xəbər verir ki, “Kids Studio” uşaqlara işgəncə verilməsilə bağlı video yayılıb.

Bu hadisədən sonra bağçadan Azxeber.com-a açıqlama verilib. Bildirilib ki, müəllim uşağa işgəncə verməyib:

“Sadəcə, silkələyib. Görüntü sürətli kadrla verildiyi üçün müəllimin uşağa qarşı rəftarı daha da aqressiv görünür. Həmin müəllim artıq işdən çıxarılıb”.

Bağçadan qeyd edilib ki, videonu bağçanın işçisi yayıb: “Həmin görüntüləri bağçadan oğurluq etdiyi üçün işdən çıxarılan resepşndakı qız qəsdən yayıb. Onda adminin parolu var və videonu götürə bilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.

E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

BAKU.WS