VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nahidə Babaşlı ifa etdiyi “kover” mahnıları ilə sosial şəbəkələrdə çox məşhurdur.

Səsi və fərqli ifası ilə hər kəsin ürəyinə yol tapmağı bacaran gənc ifaçı AZƏRTAC-a müsahibəsində uğur sirrləri, gələcək planlarından danışıb.

22 yaşlı xanım BDU-nun Fizika fakultəsinin 4-cü kurs tələbəsidir.

"Özümü tanıyandan musiqi ilə məşğulam. Musiqi həyatımın dönüm nöqtəsi "Ay yüzlüm" mahnısı oldu. Həmin mahnı Youtube-də 19 milyon baxış toplayıb. Marşuruta minirəm. Gördüm oğlan durub yanımda. Qulağında "nauşnik" və mənim mahnımı "polnu" səs verib keçib özündən. Heç bilmədi ki, yanındayam. Tanımadı məni. Avtovağzalda gedəndə görürəm ki, mənim mahnım səsləndirilir. Bəzən tanıyanlar da olur. İnstagram-da qısa zamanda 100-150 minn izləyici toplandı. Aleyna Tilki rəsmi səhifəsindən yazmışdı və bildirdi ki, səsin çox gözəldi. Musiqi təhsilim yoxdur. Təhsil alandan sonra mahnı, klip və konsertlər də olacaq. Hər şeyin öz zamanı var".

BAKU.WS