Bakının Nizami rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in məlumatına görə, VAZ 2107 markalı avtomobil qəzaya düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili yüksək sürətlə idarə edib. Nəticədə idarəetməni itirən sürücü qəza törədib. Qəza zamanı avtomobil 2 yerə bölünüb.
Qəza zamanı sürücü və sərnişinlər yüngül xəsarət alıb.